“Qafqaz əsiri”nin Ninası yubileyini qeyd edir

“Qafqaz əsiri”nin Ninası yubileyini qeyd edir Aktrisa şeirlərindən ibarət 3 cildlik kitab da buraxıb
İncəsənət
22 İyun , 2017 12:16
“Qafqaz əsiri”nin Ninası yubileyini qeyd edir

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün keçmiş SSRİ-də məşhur olan “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları” filmindəki Nina rolunun ifaçısı Natalya Varleyin 70 yaşı tamam olur.

“Report” xəbər verir ki, Rusiyanın əməkdar artisti Natalya Vladimirovna Varley 1947-ci il iyunun 22-də anadan olub. 

O, sirkdə, K.S.Stanilslavsk adına Moskva Dram teatrında müxtəlif səpkili rollar oynayıb. Bundan başqa? “Qafqaz əsiri, yaxud Şurikin macəraları”, “Yefreytor Zbruyevin 7 adaxlısı”, “12 stul”, “Mənim atam - idealistdir”, “Gələcəkdən gələn qonaq", “Zümrüd şəhərin sehrbazı” filmlərində maraqlı rollar oynayıb. Aktrisa şeirlərindən ibarət 3 cildlik kitab da buraxıb.

Son xəbərlər

Orphus sistemi