Yuxarı
    Bağlamaq

    "Qaçaq qocalar" tamaşası beynəlxalq festivalda nümayiş etdiriləcək

    Festival mayın 18-dən 24-dək Türkiyənin Dənizli şəhərində keçiriləcək

    Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyevin hazırladığı "Qaçaq qocalar" tamaşası Türkiyədə keçirilən beynəlxalq teatr festivalına dəvət alıb.

    "Report" xəbər verir ki, festival mayın 18-dən 24-dək Türkiyənin Dənizli şəhərində keçiriləcək.

    "Qaçaq qocalar" əsərinin müəllifi Elçin Hüseynbəylidir.

    Tamaşa ilk dəfə Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına kiçik səhnəsində nümayiş etdirilib. 

    Qeyd edək ki, tamaşanın səhnə tərtibatçısı Nofəl Vəliyev, geyim üzrə rəssamı Zəminə Orucova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Rolları Kərəm Hadızadə, əməkdar artistlər Nofəl Vəliyev, Seyidşah Məmmədov, Məsumə Babayeva, Eşqin Quliyev, Səbinə Məmmədova oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi