Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova üçotaqlı mənzil hədiyyə edib.
İncəsənət
8 May , 2019 13:55
Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova üçotaqlı mənzil hədiyyə edib.

Bu barədə “Report”a Q.İsmayılov özü məlumat verib.

O, bir müddət əvvəl mənzillə bağlı Prezidentə ərizə ilə müraciət etdiyini deyib: “Bir həftə sonra mənə dedilər ki, məsələ cənab Prezidentə məruzə olunub və müsbət həll olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Xırdalanda kreditə götürülmüş bir otaqlı mənzildə yaşayıram. Təbii ki, bu xəbər məni sevindirməyə bilməzdi. Prezidentə öz təşəkkürümü bildirirəm. Çox məmnun oldum, çox xoş oldu”. 

Son xəbərlər

Orphus sistemi