Yuxarı

Polşanın tanınmış kinorejissoru vəfat edib

O, 68-ci Lokarno Kinofestivalında İlin ən yaxşı rejissoru adını qazanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Polşanın tanınmış kinorejissoru Andjey Julavski vəfat edib.

"Report" xəbər verir ki, 76 yaşlı rejissor uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Kino həyatına görkəmli rejissor Andjey Vaydanın assistenti kimi başlayan Andjey Julavski 1971-ci ildə ekranlaşdırdığı "Şeytan" filmindən sonra Polşanı tərk etməyə məcbur olub.

Filmin tənqidlərə məruz qalması rejissoru Fransaya mühacirət etməyə vadar edib. Uzun illər qadağan olunan "Şeytan" filmi 1988-ci ildə ekranlara çıxıb.

Fransada sənət həyatını davam etdirən kinorejissorun filmlərində o dövrün məşhur aktyorları Klaus Kinski, İzabel Adjani, Romi Şnayder və başqaları rol alıb.

A.Julavski 2015-ci ildə 68-ci Lokarno Kinofestivalında "İlin ən yaxşı rejissoru" adını qazanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi