Parisdə görkəmli rəssam Adil Rüstəmovun sərgisi açılıb - FOTO

Parisdə görkəmli rəssam Adil Rüstəmovun sərgisi açılıb - FOTO Paris. 31 may. REPORT.AZ/ Parisdə Azərbaycanın Respublika günü qeyd edilib.
İncəsənət
31 May , 2018 08:25
Parisdə görkəmli rəssam Adil Rüstəmovun sərgisi açılıb - FOTO
Report

Paris. 31 may. REPORT.AZ/ Parisdə Azərbaycanın Respublika günü qeyd edilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi ziyafətdə fransalı qonaqlar, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə Azərbaycanın əməkdar rəssamı Adil Rüstəmovun rəsmlərindən ibarət sərgisinin açılışı olub.

Müxtəlif illərdə fərdi sərgiləri keçirilən, müxtəlif mükafatlara layiq görülən, Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərmiş bu görkəmli rəssamın əl işlərindəki mövzu və üslub rəngarəngliyi qonaqların böyük marağına səbəb olub. Mərhumun qızı İlahə Rüstəmova bu rəngarəngliyi atasının iki müxtəlif ölkədə yaşaması ilə izah edib.

O "Report"a bildirib ki, Fransanın Normandiya regionunda məskunlaşdıqdan sonra rəssamın bu vilayətin əsrarəngiz təbiətindən, özünəməxsus mühitindən ruhlanaraq yaratdığı əl işləri Azərbaycanda ərsəyə gətirdiyi əsərlərindən fərqlənərək Adil Rüstəmovun kolleksiyasını daha da zəngin və rəngarəng edib. O bildirib ki, atası duyğuları və emosiyaları hər zaman öndə olan insan olduğu üçün, həyatında yaşadığı istər çətin anlar, istərsə də fərəhli günlər onun yaradıcılığında iz buraxıb. İlhamə Rüstəmova, rəngarəngliyi, həmçinin atasının daim axtarışda olan insan olması ilə də izah edib. O, Adil Rüstəmovun Fransada yaşamasından asılı olmayaraq doğma Vətəninə, öz kökünə hər zaman bağlı insan olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi