Yuxarı
    Bağlamaq

    Pantomima Teatrında "Fəlakət və insan" tamaşası hazırlanır

    Maarifləndirici xarakter daşıyan tamaşada, zəlzələ zamanı uşaqlara necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrında "Fəlakət və insan" tamaşası hazırlanır.

    Teatrın direktoru, əməkdar artist Elman Rəfiyev "Report"a açıqlamasında deyib ki, uşaqlar üçün nəzərdə tutulan yeni tamaşa  maarifləndirici əhəmiyyətə malikdir: "Tamaşada təbii fəlakət hadisəsi olan zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında əyani şəkildə nümayiş etdiriləcək.

    Tamaşa 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Hələlik, tamaşanın şərti adı "Fəlakət və insan"dır. 45 dəqiqəlik xronometrajı olan tamaşada, teatrın aktyorları çıxış edəcək. Əsərin müəllifi, teatrımızın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşaya gənc aktyor Beyruz Əhmədli quruluş verir".

    Qeyd edək ki, yeni tamaşanın oktyabr-noyabr ayında təhvil verilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi