Yuxarı

Pantomima Teatrı "Hamlet" tamaşasını yeni quruluşda təqdim edib

Tamaşanın premyerası 1 ay boyunca nümayiş etdiriləcək

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası keçirilib.

"Report" xəbər verir ki, hər zaman pantomim səhnələrlə tamaşa təqdim edən teatr bu dəfə ənənəsindən kənara çıxıb və Uilyam Şekspirin "Hamlet" faciəsini səhnəyə qoyub. 

Əsərə yeni yozumda Pantomima Teatrının baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə quruluş verib.

"Hamlet" əsəri "Horatsionun gözü ilə" tamaşaçılarına təqdim edilib. İlk səhnə Horatsionun dostu Hamleti xatırlaması və "sözlər, sözlər" deyərək ötən günləri kitab kimi "vərəqləməsi" ilə başlayır.

Hamlet rolunu Azər Axşam və Əli Əlizadə canlandırıb. Digər rollarda, Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Bəhruz Əhmədli oynayır. 

Tamaşanın premyerası 1 ay boyunca nümayiş etdiriləcək. Bunun əsas səbəbi Pantomima Teatrının tamaşaçı tutumu ilə bağlıdır.

Qeyd edək ki, tamaşanın quruluşçu və plastik həll üzrə rejissoru, səhnələşdirən rəssam, musiqi tərtibatçısı və döyüşlərin quruluşu xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi