Yuxarı
    Bağlamaq

    "Oskar" mükafatının üçqat qalibi aktyor karyerasını başa vurduğunu açıqlayıb

    Bu il Daniel Dey-Lyuisin oynadığı son film - Xəyali sap işıq üzü görəcək© BBC.com

    Bakı. 21 iyun. REPORT.AZ/ Ən yaxşı kişi aktyor kimi üç dəfə "Oskar" mükafatı qazanan britaniyalı aktyor Daniel Day-Lyuis bundan sonra kinolara çəkilməyəcəyini elan edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, 60 yaşlı Dey-Lyuisin agentinin yaydığı bəyanatda onun daha aktyor kimi fəaliyyət göstərməyəcəyi vurğulanıb.

    Qeyd edək ki, o, kinoda ilk rolunu hələ yeniyetmə olarkən, 1971-ci ildə "Bazar, qanlı bazar" filmində alıb. Aktyorun aktivində elə də çox film yoxdur: o, həmişə film layihələrinin seçilməsinə ehtiyatlı yanaşıb və adətən yalnız hər üç-beş ildən bir filmə çəkilib.

    Bununla belə, o, oynadığı rollara görə 3 dəfə "Oskar" mükafatı ilə təltif edilib: "Mənim sol ayağım" (1989), "Neft" (2007) və "Linkoln" (2012).

    Bu il Dey-Lyuisin oynadığı son film - "Xəyali sap" işıq üzü görəcək. Pol Tomas Andersonun filmində ötən əsrin 50-ci illərində Londonda moda dünyası təsvir olunub.

    Daniel Dey-Lyuis 2013-cü ildə "Time" jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu şəxslərindən biri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi