Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycanın tanınmış kino aktrisası, xalq artisti Nuriyyə Əhmədova Milli Kino Gününü şəhərdən kənarda, yaxın rəfiqəsinin bağ evində keçirəcək.
Bu barədə "Report"a məlumat verən aktrisa Milli Kino Gününün onun üçün həqiqi bayram olduğunu deyib.
"Mən sevinirəm ki, hər il avqustun 2-ni kino bayramımız kimi qeyd edirik. Bu günü bizə ümummilli liderimiz
Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.