Yuxarı

Novruz bayramında pozulan "tonqal" ənənəsi - VİDEO

​Novruz bayramında pozulan "tonqal" ənənəsi

2289

Novruz Azərbaycanda əsrlər boyu qeyd olunan qədim bayramlardan biridir.

İnsanlar hələ qədim zamanlardan bu bayramı qeyd etmək üçün tonqal qalayır. Əvvəllər tonqal quru odun parçalarından, quru kollardan və samandan qalanırdı. İnsanlar o zaman ekologiyanın və sağlamlıqlarının qeydinə qalırdılar.

Sənaye dövrünün başlanğıcı və inkişafı dövründə isə insanlar belə tonqalları rezin, plastmas və digər polietilen məmulatlarından istifadə etməklə qalayırlar.

Novruz bayramında yandırılan rezin məmulatları ekoloji tarazlığa necə təsir edir? Bu sual ətrafında "Report"un Şimal bürosu araşdırma aparıb.

Polietilen məmulatların yanması nəticəsində atmosferə atılan zərərli maddələrin həcmi çoxalır. Bu tullantılar insanların qida zəncirinə və tənəffüs sisteminə mənfi təsir göstərir.

Bütün bunları nəzərə alıb, müvafiq orqanların belə mənfi halların qarşısının alınması istiqamətində tədbirlər görməsi vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi