Notr-Dam nümayəndəsi: "Kilsədəki tarixi əşyaları xilas etmək mümkün olub" - VİDEO

Notr-Dam nümayəndəsi: "Kilsədəki tarixi əşyaları xilas etmək mümkün olub" - VİDEO Kilsədə saxlanılan tarixi əşyaları xilas etmək mümkün olub.
İncəsənət
16 Aprel , 2019 03:55
Notr-Dam nümayəndəsi: Kilsədəki tarixi əşyaları xilas etmək mümkün olub - VİDEO

"Kilsədə saxlanılan tarixi əşyaları xilas etmək mümkün olub".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu sözləri Notr-Dam kilsəsinin əməkdaşı D.Olivye jurnalistlərə açıqlamasında deyib.

O, katedralın strukturunun qorunub saxlanıldığını bildirib.

Bundan əlavə, "Figaro" qəzeti yazır ki, Müqəddəs Məryəm Ana katedralını bəzəyən 16 heykəl ötən həftə bərpa işləri çərçivəsində kilsədən çıxarılıb.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb. Əraziyə 400-ə yaxın yanğınsöndürən cəlb olunsa da, alovun qarşısını almaq hələ də, mümkün olmayıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı "tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

Son xəbərlər

Orphus sistemi