Yuxarı

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Mərkəz yeni ABŞ və Türkiyə filmlərinin nümayişinə başlayıb

Bakı. 20 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami Kino Mərkəzində kinosevərlər üçün yeni filmlərin nümayişinə başlanılıb. "Report" xəbər verir ki, Kino Mərkəzi kiçik tamaşaçılar üçün “Ev” animasiya filmi, ABŞ-ın “Snayper”, “Divergent 2: İnsurgent”, Türkiyə istehsalı olan “Kod adı: K.O.Z” filmlərinin nümayişinə başlayıb.

Amerika rejissoru Tim Consonun çəkdiyi “Ev” cizgi filmi ailəvi komediya, fentezi, komediya və macəra janrındadır. Yaş həddi: +0

Yer planetini zəbt edən Buv irqinin yadplanetliləri, burada dəyişikliylər etməyə başlayırlar. Riskli və diribaş olan Dar adlı qız yadplanetlilərdən qaçaraq, öz qəbiləsi tərəfindən rədd edilmiş “O” adlı qıcıq və eyni zamanda optimist Buv ilə rastlaşır. Tamamən fərqli olan cütlük yer planetini xilas etməlidir. Filmdə rolları Cim Parsons, Rihanna, Stiv Martin, Cenifer Lopez, Mett Cons, Derek Blankenşip, Brayan Stepanek və başqaları canlandırıb.

Nümayiş edilən ikinci film Brayan Daffildin ssenarisi əsasında, rejissor Robert Şventkenin çəkdiyi “Divergent 2: insurgent” filmi triller, məcara və fantastika janrındadır. Yaş həddi: 12+.

Antiutopist cəmiyyət haqqında olan ikinci bölümdə hər şey xırdalıqlara qədər öz yerindədir, ən kiçik individuallıq kökündən məhv olunmağa məhkumdur. Döğmalarını ölümdən qurtarmaq üçün Tris, qorxunc sistemə qarşı mübarizə yolu tapmalıdır. Bu mücadilədə, ən əsası düşmənin onun qəlbində yaradacaq parçalanmaya yol verməməkdir.

Filmdəki rolları Şeylin Vudli, Teo Ceyms, Keyt Uinslet, Cay Kortni, Ensel Elqort, Maylz Teller, Zoi Kravits, Mekhay Fayfer, Naomi Uotss, Oktaviya Spenser və digər aktyorlar ifa ediblər.

Yeni filmlər sırasında olan “Snayper”i rejissor Klin İstvud çəkib. Ekran əsəri döyüş, dram və hərbi-bioqrafiya janrındadır. Yaş həddi: 18+.

Film, İraq müharibəsində snayper kimi xidmət edən və öldürdüyü əsgərlərin sayına görə iraqlılar tərəfindən "Şeytan"  ləqəbi almış texaslı Kris Kayldan bəhs edir. Ekran əsərinin sloqanı: “Ölümün nişangahında”dır. Yaş həddi: 18+.

Filmdəki obrazları aktyorlar Bredli Kuper, Sienna Miller, Kayl Qallner, Koul Konis, Ben Rid, Eliz Robertson, Lyuk Sanşayn, Troy Vinsent, Brendon

Salqado, Keyr O’Donnell və başqaları canlandırıb.

Türkiyə istehsalı olan "Kod adı: K.O.Z: Maskeler düşüyor” filmini rejissor Celal Çimen kriminal və cəsusluq janrında çəkib. Film, son illər Türkiyədə baş verən siyasi hadisələrdən bəhs edir. Filmdə baş rollarda Cem Kurtoğlu, Hazım Körmükçü, Tolga Karel, Günay Musayeva və başqaları çəkiliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi