Bakı. 21 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı olub.
"Report" xəbər verir ki, filmin təqdimatında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ictimai xadimlər və kino aktyorları iştirak ediblər.
Film Bakıda mövcud olan abidələrin tarixindən bəhs edir.
Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnaməfilm" kinostudiyasında lentə alınıb. Filmin rejissoru rusiyalı Nataliya Zavoznenko, ssenari müəllifi Sergey Şaçindir.
Filmin ssenari müəllifi Sergey Saçin çıxış edərək bildirib ki, Bakıya səyahət erdikdən sonra bu filmi çəkməyə qərara gəlib: "Bakıdan qayıtdıqsan sonra qərara gəldim ki, bu gözəlliklər haqqında film çəkmək lazımdır".
Rejissor Nataliya Zavoznenko isə Bakı insanlarının qonaqpərvərliyinə toxunaraq bildirib ki, əsrlər keçməsinə baxmayaraq, Bakı hələ də öz qədimiliyini, gözəlliyini qoruyub saxlayıb.