Nizami Kino Mərkəzi filmləri Azərbaycan dilində subtitrlərlə nümayiş etdirəcək

Nizami Kino Mərkəzi filmləri Azərbaycan dilində subtitrlərlə nümayiş etdirəcək Şirkət təqdim etdiyi bütün filmləri Azərbaycan dilində subtitrlərlə verəcək
İncəsənət
15 Sentyabr , 2015 14:27
Nizami Kino Mərkəzi filmləri Azərbaycan dilində subtitrlərlə nümayiş etdirəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsaslanaraq "AF Media - Azərbaycan" şirkəti ilə birgə türk filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlayıb.

Bu barədə "Report"a Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, bundan sonra həmin şirkət təqdim etdiyi bütün filmləri Azərbaycan dilində subtitrlərlə verəcək.

Bu yenilik digər ölkələrin distribyutorları ilə planlaşdırılan danışıqlardan sonra kinoprokata daxil olan Amerika, Avropa və Rusiya filmlərində də əksini tapacaq.

Həmçinin, yeni mövsümdə Nizami Kino Mərkəzində rəsmi tədbirlərlə yanaşı, beynalxalq film festivallarının, kino həftələrinin, film təqdimatları və qala-gecələrin, Yeni il və Novruz bayramı şənliklərinin və artıq ənənəyə çevrilmiş xeyriyyə aksiyalarının keçirilməsi də planlaşdırılıb.     

Son xəbərlər

Orphus sistemi