Yuxarı
    Bağlamaq

    Nazirlik: "İlham Əsgərovun dəfni ilə bağlı lazımi işlər görülür"

    Mərhumla vida mərasimi evində keçirilir

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi xalq artisti İlham Əsgərovun vəfatı ilə bağlı başsağlığı verib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında deyib ki, həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də Teatr Xadimləri İttifaqının əməkdaşları mərhumun dəfni ilə əlaqədar lazımi işlər görür: "Xalq artisti ata-baba yurdu olan Masallı rayonunun Xoşçobanlı kəndində dəfn ediləcək.

    Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi İlham Əsgərov vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına, teatr ictimaiyyətinə, teatr sevərlərə başsağlığı verir.

    Allah rəhmət eləsin".

    Mərhumla vida mərasimi evində keçirilir. Xalq artistinin cənazəsi evindən götürüləcək və Masallıya aparılacaq. 

    Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi