Nazim Hikmətin oğlu vəfat edib

Nazim Hikmətin oğlu vəfat edib Bakı. 15 oktyabr. REPORT.AZ/ Məşhur şair Nazim Hikmətin oğlu Mehmet Nazim vəfat edib.
İncəsənət
15 Oktyabr , 2018 11:20
Nazim Hikmətin oğlu vəfat edib
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Məşhur şair Nazim Hikmətin oğlu Mehmet Nazim vəfat edib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəssam Mehmet Nazim 67 yaşında Fransada dünyasını dəyişib.

Onun ölümü barədə məlumatı sosial şəbəkə vasitəsilə rəssamın dostu Utku Varlık yayıb.

Qeyd edək ki, Nazim Hikmət 1950-ci ildə həbsdən çıxdıqdan sonra Münevvər Andaçla tanış olub. 1951-ci ildə cütlüyün Mehmet adlı oğlu dünyaya gəlib. Ancaq onlar rəsmi nikahda olmayıblar. Nazim Hikmət oğlu 3 aylıq olarkən Türkiyədən ayrılıb. Mehmet Nazim buna görə atasından küsülü olub və bu günə qədər atası haqqında heç bir açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi