Yuxarı

Naxçıvan teatrı yeni tamaşanın premyerasına hazırlaşır

Artıq tamaşaya ictimai baxış olub

Bakı. 1 iyun. REPORT.AZ/ Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.  Bu barədə "Report"a teatrın direktoru, xalq artisti Rza Xudiyev məlumat verib.

Onun sözlərinə görə, Həmid Arzulunun müəllifi olduğu "Əlincə qalası" tarixi dramında Əlincə qalasının tarixindən, Əmir Teymurun Əlincəyə hücumundan bəhs edilir: "Naxçıvan teatrında tamaşaya ictimai baxış olub. İyunun sonuna qədər tamaşanın geniş ictimaiyyət üçün premyerasının keçirilməsi nəzərdə tutulub".

R.Xudiyev bildirib ki, Naxçıvan teatrında "Əlincə qalası" əsərinə üçüncü dəfə müraciət edilir: "Tamaşa ilk dəfə 1982-ci ildə, ikinci dəfə isə 2007-ci ildə Naxçıvan tamaşaçılarına təqdim edilib". 

Qeyd edək ki, üçüncü dəfə yeni quruluşda hazırlanan tamaşanın rejissoru xalq artisti Kamran Quliyevdir. Tamaşada əsas obrazları xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, aktyorlar Nurbəniz Niftəliyeva, Şöylə Novruzbəyli ifa edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi