Yuxarı

Napoleon Bonapartın şəxsi əşyaları hərraca çıxarılıb

Napoleonun şlyapası 1,8 milyon avroya satılıb

Bakı. 7 mart. REPORT.AZ/ Milyarder Kristofer Forbs şəxsi kolleksiyasında olan Napoleon Bonapartın əşyalarını hərraca çıxarıb.

"Report" xəbər verir ki, hərracın ilk iki günündə Napoleona aid 1000-dən artıq sənəd, məktublar, 500 ədəd şəkil satılıb.

40-dan artıq əşyanı muzeylər alıb. Napoleon Bonaparta məxsus olan şlyapa isə 1,8 milyon avroya satılıb.

Qeyd edək ki, Forbs ailəsi Britaniyanın ən məşhur və zəngin sülaləsi sayılır. Forbs sülaləsinə məxsus olan malikanələrin əksəriyyəti sənət əsərlərinin qorunub saxlandığı məkanlar kimi fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi