Yuxarı

"Nağıllar aləminə səyahət" sənədli filmi təqdim olunacaq

Film gənc rejissor və aktrisa Fidan Cəfərovanın diplom işidir

Bakı. 2 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrının kiçik səhnəsində "Nağıllar aləmində" tamaşasına həsr olunmuş "Nağıllar aləminə səyahət" sənədli filminin təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, gənc rejissor və aktrisa Fidan Cəfərovanın diplom işi olan film iyunun 17-də təqdim ediləcək. 

Akademik Milli Dram Teatrının səhnəsində nağıllar əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərovadır.

Tamaşada teatrın gənc aktyor və aktrisa heyəti çıxış edir.

F.Cəfərova bildirib ki, sənədli filmdə bu tamaşanın ərsəyə gəlməsinin səhnə arxası özəllikləri və çətinlikləri, məşq prosesindən fraqmentlər, tamaşa rejissoru, bədii rəhbəri, rejissor asistenti və bütün aktyor heyətinin fikirləri yer alıb.

Filmin izləyiciləri Akademik Milli Dram Teatrında aktyorların səhnə arxası həyatları ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Burada tamaşanın ərsəyə gəlməsi prosesi tam əksini tapıb.

Layihənin rəhbəri Fidan Cəfərova, icraçı prodüseri, xalq artisti Bəsti Cəfərova, operatoru Taleh Valehov, işıq rejissoru Vusal Həmdullayev, səs rejissoru Mehman Nadirov, rejissor asistenti Ceyran Həsənli, montaj rejissorları - Sənan Əhmədov, Fidan Cəfərova, musiqi tərtibatçısı Şamxal Novruzludur.

Xatırladaq ki, gənc rejissor Fidan Cəfərova xalq artisti Bəsti Cəfərovanın qızıdır.          

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi