"Nabat" yeni ilin ilk festivalında nümayiş etdirilib

"Nabat" yeni ilin ilk festivalında nümayiş etdirilib Festival yanvarın 12-dək davam edəcək
İncəsənət
5 Yanvar , 2015 16:02
Nabat yeni ilin ilk festivalında nümayiş etdirilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Nabat” bədii filmi 26-cı Palm Springs Beynəlxalq Film Festivalında (The 26th Annual PALM SPRINGS International Film Festival) nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Festivalın AWARD BUZZ proqramında yer alan filmin təqdimatı Los-Anceles şəhərinin Palm Springs Regal kinoteatrında keçirilib.

Bu, indiyədək 12 beynəlxalq film festivalında yer alan "Nabat" filminin ABŞ-da ikinci nümayişidir. Filmin ABŞ-da ilk nümayişi 2014-cü il oktyabrın 11-də 50-ci Çikaqo Beynəlxalq Film Festivalı (The Chicago İnternational Film Festival) çərçivəsində baş tutub.

Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi yanvarın 6-da Palm Canyon Theatre kinoteatrında keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi