Musiqili Teatrın direktoru beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib

Musiqili Teatrın direktoru beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək
İncəsənət
11 Fevral , 2016 17:58
Musiqili Teatrın direktoru beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib. 

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib. 

Teatrdan bildirilib ki, Rusiyanın Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu ilin may ayında Yekatirinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ xalq artisti Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsini keçirəcək. 

Müsabiqənin təşkilat komitəsi Ə.Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçildiyini bildirib. 

Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiyanın xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər. Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi