Yuxarı
    Bağlamaq

    Musiqili Teatrda Təbriz Teatrı ilə birgə hazırlanan tamaşa nümayiş etdirilib

    Musiqili Teatrda Beynəlxalq Teatr Günü qeyd olunub

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Beynəlxalq Teatr Günü qeyd edilib.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu münasibətlə Təbriz Teatrı ilə birlikdə hazırlanan müştərək beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub.

    Musiqili, komik səhnə əsərinin hazırlanması layihəsinin əlaqələndiricisi İranın Mədəniyyət Nazirliyinin Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir. 

    Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (İran, Təbriz Teatrı), Azərbaycanın əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Dövlət Musiqili Teatrı) ifa ediblər. 

    Tamaşanın quruluşçu rejissoru İranın nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamali, quruluşçu dirijoru, əməkdar incəsənət xadimi Fəxərəddin Atayev, quruluşçu balaetmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstenti Elməddin Dadaşovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi