Yuxarı
    Bağlamaq

    Musiqili Teatrda tanınmış teatr rejissorunun 80 illik yubileyi qeyd olunacaq

    Yubiley münasibətilə rejissorun quruluş verdiyi “Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Oktyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış teatr rejissoru, əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq.

    "Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb.

    Yubiley münasibətilə Musiqili Teatrda rejissorun quruluş verdiyi böyük bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq.

    Qeyd edək ki, Əli Teymur oğlu Usubov 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusyanın Xalq artisti, professor Roman Tixomirovun sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Heydər Əliyev Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb.

    O, müxtəlif illərdə F.M.Dostoyevski adına Omsk Dövlət Universitetində dosent, professor kimi fəaliyyət göstərib. Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. C.Verdinin “Aida”, “Riqoletto”, “Traviata”, D.Puççininin “Toska”, S.Raxmaninovun “Aleko”, Q.Doniçettinin “Luçiya di Lmermur” operaları, O.Flestmanın “Köhnə ev”, İ.Ştrausun “Yarasa”, İ.Kalmanın “Silva”, F.Leqarın “Şən dul qadın” və başqa operettaları Əli Usubovun quruluşunda müxtəlif teatrların səhnələrini illərlə bəzəyib.

    Bir çox dövlət tədbirlərinə də quruluş verən Əli Usubovun hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikstan, Özbəkstan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk quruluşunun 100 illiyilə əlaqədar TÜRKSOY-un sifarişi əsasında bu əsərə rejissorluq edib. Ə.Usubovun quruluşunda “Arşın mal alan” operettası beynəlxalq layihə çərçivəsində Paris, Strasburqla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi