Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunub - FOTO

Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunub - FOTO Həsənağa Qurbanov "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri olub
İncəsənət
23 Noyabr , 2015 19:51
Musiqili Teatrda Həsənağa Qurbanovun yubileyi qeyd olunub - FOTO

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Musiqili Teatrın təşkilatçılığı ilə keçirilib.

Yubiley münasibətlə Musiqili Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olub.

Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarx nümayiş edilib.

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev çıxış edərək Həsənağa Qurbanov haqda öz fikirlərini bölüşüb. 

Sonda Həsənağa Qurbanovun bədii rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblı çıxış edib.  

Qeyd edək ki, H.Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb.

2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. H.Qurbanov 2007-ci il noyabr 6-da vəfat edib.

Son xəbərlər

Orphus sistemi