Musiqili Teatr Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb

Musiqili Teatr Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub
İncəsənət
15 Fevral , 2017 14:04
Musiqili Teatr Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Musiqili Teatrı 18-ci Trabzon Beynəlxalq Qara Dəniz Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər il dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival bu il mayın 2-15-də Trabzon şəhərində baş tutacaq.

Qeyd edək ki, festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub. Festival çərçivəsində müxtəlif tədbirlər, həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur. 

Son xəbərlər

Orphus sistemi