Bakı. 23 fevral. REPORT.AZ/ Musiqili Teatrı Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi martın 10-u Milli Teatr Gününə planlaşdırılır.
Tamaşada əsas rolları Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Ələkbər Əliyev, Gültac Əlili, Elnarə Nağdəliyeva ifa edəcəklər.
Səhnə əsərində bu dəfə Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Həbibov kimi gənc aktyorlara böyük etimad göstərilib.
Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.