Musiqili Teatr Albaniyada beynəlxalq festivalda iştirak edəcək

Musiqili Teatr Albaniyada beynəlxalq festivalda iştirak edəcək Azərbaycan Dövlər Akademik Musiqili Teatrı oktyabrın 10-15-də Albaniyanın Elbasan şəhərində keçiriləcək XXI Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.
İncəsənət
1 Oktyabr , 2019 19:13
Musiqili Teatr Albaniyada beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlər Akademik Musiqili Teatrı oktyabrın 10-15-də Albaniyanın Elbasan şəhərində keçiriləcək XXI Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.

Teatrdan "Report"a verilən məlumata görə, beynəlxalq tədbirdə Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. 

Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur. 

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri - əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur. 

Səhnə əsərində Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını əməkdar artistlər - Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Qeyd edək ki, ''Qodonun intizarında" tamaşası dekabrda Təbrizdə keçiriləcək II Alef Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi