Musiqili Teatr 4 aylıq repertuar planını təsdiq edib

Musiqili Teatr 4 aylıq repertuar planını təsdiq edib 4 ay müddətində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək
İncəsənət
29 Mart , 2016 11:29
Musiqili Teatr 4 aylıq repertuar planını təsdiq edib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək.

Tamaşaçılara “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək.

Habelə, rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı dörd ay ərzində tamaşaçılar xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Nərgiz Kərimova, Ələkbər Əliyev, Cingiz Əhmədov, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Emma Məlikova, Boris Qrafkin, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, Marina Litvenenko, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Gülcahan Salamova, Elçin İmanov, Nadejda Povelitsina, Möylə Mirzəliyev, Yuliya Heydərova, Ağaxan Şərifov, Gülnarə Əzimova, Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcək. 

Son xəbərlər

Orphus sistemi