Yuxarı
    Bağlamaq

    Müşfiq Hətəmov: "Gələn il tarixi mövzuda beş film çəkməyi planlaşdırırıq"

    Bizi hər gün tənqid edin, amma qərəzli tənqiddən çəkinin

    Bakı. 8 dekabr. REPORT.AZ/ "2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi filmlər dünyanın 52 nüfuzlu festivalında nümayiş etdirilib və mükafatlar qazanıb".

    "Report" xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

    O bildirib ki, Azərbaycan istehsalı olan filmlərin 2015-ci ildə təmsil olunduğu beynəlxalq festivallar və qazandığı mükafatlar haqda dekabrın sonunda mətbuata məlumat veriləcək. M.Hətəmov qeyd edib ki, "Azərbaycanfilm" 2016-cı ildə isə tarixi mövzuda beş film çəkməyi planlaşdırır. 

    Fransanın tanınmış kinoşirkətlərinin biri ilə ortaq film layihələrinin olacağını deyən M.Hətəmov Türkiyədən Bakıya gələn tanınmış rejissor Osman Sınavla müştərək film çəkmək niyyətlərinin də olduğunu bildirib: "Bu yaxınlarda Rusiya ilə birlikdə ortaq film layihəmiz oldu. "Qırmızı bağ" adlanan filmin çəkilişləri, montaj və səslənmə prosesi bitib. 2016-cı ildə filmin təqdimatını etmək fikrindəyik. İşlərimiz çoxdur. Mətbuat nümayəndələrindən tək xahişim budur ki, bizi tənqid edəndə qərəzli olmayın. Bizi hər gün tənqid edin, amma qərəzli tənqiddən çəkinin".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi