Moskvada 20-ci dəfə Beynəlxalq Stanislavski mükafatı təqdim ediləcək

Moskvada 20-ci dəfə Beynəlxalq Stanislavski mükafatı təqdim ediləcək 2015-ci ilin yekununda bu mükafatı 7 sənət adamı alacaq
İncəsənət
21 Dekabr , 2015 11:14
Moskvada 20-ci dəfə Beynəlxalq Stanislavski mükafatı təqdim ediləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Moskvada Beynəlxalq Stanislavski mükafatlarının təqdimat mərasimi olacaq.

"Report" xəbər verir ki, 2015-ci ilin yekunlarına görə verilən mükafat 20-ci dəfə təqdim ediləcək.

Bu il 7 sənətkara təqdim ediləcək mükafat "Dünyada aktyor sənətinin inkişafına töhfə" nominasiyasında veriləcək.

Mükafatın namizədləri sırasında məşhur Britaniya və Amerika aktyoru Entoni Hopkins, Rusiyanın tanınmış xoreoqrafı, SSRİ xalq artisti Yuri Qriqoroviç, aktyor Vyaçeslav Evlantyev, Mariya Smolnikova, Oleq Rebrov, Şamil Xamatov və Maksim Kerin var.

Stanislavski adına mükafat fondunun art-direktoru Zeynəb Seyidzadənin sözlərinə görə, builki mükafatın məbləği 2500 dollar olacaq. Laureatların mükafatları isə nisbətən aşağı məbləğlə müəyyənləşdirilib. Zeynəb Seyidzadə 20-ci dəfə təqdim edilən mükafatın bu günədək 170 sənət adamına verildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi