Montserat Kabalye vəfat edib

Montserat Kabalye vəfat edib Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye Barselonada vəfat edib.
İncəsənət
6 Oktyabr , 2018 11:26
Montserat Kabalye vəfat edib
РИА Новости / Владимир Родионов

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünya şöhrətli ispaniyalı opera müğənnisi 85 yaşlı Montserat Kabalye Barselonada vəfat edib.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu yerli xəstəxanadan bildiriblər. Ötən ayın axırında M.Kabalye sidik kisəsindəki nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi.

Belle Cantoda, habelə klassik italyan operalarında mahir ifaçılığı ilə məşhur olan Montserrat Kabalye 1965-ci ildə Donisettinin “Borcia” operasındakı Lukresiya rolunda xəstələnən amerikalı müğənni Marilin Hornu əvəz edərkən geniş şöhrət qazanmışdı.

Qeyd edək ki, M.Kabalye 2013-cü il iyunun 13-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ona görə də Xarici İşlər Nazirliyi müğənninin adını Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına salmışdı. 

Son xəbərlər

Orphus sistemi