Milli Teatr Günündə "Zirvə" mükafatının təqdimat mərasimi keçiriləcək

Milli Teatr Günündə "Zirvə" mükafatının təqdimat mərasimi keçiriləcək Mükafat martın 10-da təqdim ediləcək
İncəsənət
5 Mart , 2015 22:22
Milli Teatr Günündə Zirvə mükafatının təqdimat mərasimi keçiriləcək

Bakı.5 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 2013-cü il martın 1-də sərəncam imzalamışdı. Bununla əlaqədar hər il mart ayının 10-da Milli Teatr Günü ölkədə rəsmi surətdə qeyd edilir.

"Report" xəbər verir ki, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Zirvə" mükafatı təsis edilib.

Bu münasibətlə 2015-ci il martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə növbəti "Zirvə" mükafatının təqdimolunma mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi