Yuxarı

Milli Teatr Günündə sənət adamları mükafatlandırılıb - SİYAHI

Teatr Xadimləri İttifaqında mükafatların təqdimat mərasimi keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Milli Teatr Günündə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə bir qrup mədəniyyət və insənət xadiminə fəxri adlar və mükafatlar təqdim edilib.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin fəxri mükafatları 19 sənət adamına təqdim olunub.

Nazirliyin təsis etdiyi mükafatları nazir müavini Ədalət Vəliyev qaliblərə təqdim edib.

1. Ağayev Əlihüseyn - Opera və Balet Teatrı

2. Abdullayeva Nigar - Milli Dram Teatrı

3. Muradov Süleyman - Kukla Teatrı

4. Cəfərov Yusif -  Gəncə Teatrı

5. Məmmədov Sayad - Qazax Teatrı

6. Emraşili Robinzon - Qax Teatrı

7. Mehrabov Araz - Qax Kukla Teatrı

8. Qardaşov Faiq - Qusar Teatrı

9. Heydərov Emil - Musiqili Teatr

10.Ağayeva Həcər- Rus Dram Teatrı

11. Haqverdiyeva Mahirə - Gəncə Kukla Teatrı

12. Ocaqverdiyeva Təranə - YUĞ Teatrı

13. Əhmədli Bəhruz - Pantomima Teatrı

14. Həsənov Kərim - Ağdam Teatrı

15. İmamverdiyev Yusif - Mingəçevir Teatrı

16. İsgəndərova Xanirə- Şuşa Teatrı

17. Quliyeva İntizar - Füzuli Teatrı

18. Qocayev Rəhim - Şəki Teatrı

19. Axundov Əbülfəz - Lənkəran Teatrı

Öz növbəsində, Azərbaycan Teatr Xadimləri İttifaqı Milli Teatr Günündə 11 sənətkarı "Sənətkar" medalı ilə təltif edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemət xalq artisti Nurəddin Mehdixanlıya 60, Ramiz Məmmədova 65, Yasin Qarayevə 70, Ağaxan Salmanlıya 75, Rəfiqə Axundovaya 85, əməkdar artistlər Nazir Rüstəmova 60, Məsumə Babayevaya 65, Lətifə Quluzadəyə 70, İradə Həsənovaya 60 və Şəfəq Əliyevaya 60 illik yubileyləri münasibətilə "Sənətkar" medalını təqdim edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri üzvü kimi Eldar Quliyev 75 və Fərhad Xəlilov 70 illik yubileyləri münasibətilə təltif edilib.

Teatr Xadimləri İttifaqının Fəxri Fərmanları ilə

1. Səkinə İsmayılova - 60

2. Mübariz Həmidov - 60

3. Əlivahinbaba Məmmədhəsənov - 65

4. Faiq İsgəndərov - 60

5. Validə Qədimova

6 İradə Hüseynova

7. Elmira Kərimova - 70 illik yubileyləri münasibəti iə təltif ediliblər.

Mükafatların təqdimat mərasimindən sonra Teatr Xadimləri İttifaqında bayram tədbiri keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi