Yuxarı
    Bağlamaq

    Milli Teatr Günündə Musiqili Teatrda “Baladadaşın toy hamamı” olacaq

    Musiqili Teatr 3 gün premyera nümayiş etdirəcək

    Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Milli Teatr Günündə tamaşaçılarını premyera ilə sevindirəcək.

    "Report" xəbər verir ki, martın 10-11-12-də Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində yeni tamaşanın premyerası olacaq.

    Teatr xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasını tamaşaçılara təqdim edəcək.

    Teatrın mətbuat xidmətinin yaydığı xəbərə görə, “Baladadaşın toy hamamı” əsərinin premyerası 3 gün nəzərdə tutulub və ilk nümayiş məhz martın 10-da baş tutacaq.

    Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda, adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub.

    Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

    Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov və başqaları ifa edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi