Yuxarı

Milli Dram Teatrında Qoqolun "Müfəttiş" komediyası səhnəyə qoyulacaq

Səhnə əsərinə Novosibirskdən dəvət olunan rejissor Mikayıl Mikayılov quruluş verir

Bakı. 25 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri başlayıb. 

"Report" xəbər verir ki, teatrda N.Qoqolun "Müfəttiş" komediyası səhnələşdirilir. 

Tamaşaya quruluşu rejissor Mikayıl Mikayılov verir. Hazırda Novosibirskdə yaşayan və orada yaradıcılıqla məşğul olan M.Mikayılov bu tamaşaya quruluş vermək üçün Bakıya dəvət edilib.

Hazırda "Müfəttiş" komediyasının gərgin məşqləri gedir. Tamaşanın yeni mövsümdə təhvil verilməsi nəzərdə tutulub.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Rövşən Kərimduxt və başqaları çıxış edir. 

M.Mikayılov əvvəllər Akademik Milli Dram Teatrında "Xanuma", "Şah və şair" "İlahi oyun" tamaşalarına quruluş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi