​Milli Dram Teatrında Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb

​Milli Dram Teatrında Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb Tamaşanın premyerasının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır
İncəsənət
19 Oktyabr , 2015 20:55
​Milli Dram Teatrında Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun "Müfəttiş" əsərinin məşqlərinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Elnur Qədirov, İlahə Həsənova, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Cümşüd Zeynalov iştirak edir.

Tamaşanın premyerasının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Mikayılov Akademik Milli Dram Teatrında "Xanuma", "Şah və şair, "İlahi oyun" tamaşalarına quruluş verib.

Son xəbərlər

Orphus sistemi