Yuxarı

Məşhur rəssam Van Qoqun oğurlanan iki əsəri aşkarlanıb

Əsərlər 2002-ci ildə Amsterdamdakı Van Qoq Muzeyindən oğurlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Niderlandın dünyaca məşhur rəssamı Van Qoqun oğurlanmış iki əsəri İtaliyanın Neapol şəhərində aşkar edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, əsər yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb.

Məlumata görə, "Sxveninqendən dəniz görüntüsü" (1882-ci ildə çəkilmiş) və "Dindarların Nyunenen islahatçı kilsəsində çıxışı" (1884-1885-ci illər) adlı əsərlər 2002-ci ildə Amsterdamdakı Van Qoq Muzeyindən oğurlanıb. Əsərlər polisin axtarışı və təhqiqatı nəticəsində tapılıb və yaxşı vəziyyətdədir.

Rəsm əsərlərinin Hollandiyaya veriləcəyi vaxt haqda məlumat yayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi