Məşhur müğənni Corc Maykl vəfat edib - VİDEO

Məşhur müğənni Corc Maykl vəfat edib - VİDEO Britaniyalı müğənni 53 yaşında evində dünyasını dəyişib
İncəsənət
26 Dekabr , 2016 03:13
Məşhur müğənni Corc Maykl vəfat edib - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ Məşhur britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə bazar günü axşam müğənninin agentinə istinadən "Press Association" nəşri məlumat yayıb.

"Corc Maykl evində sakit şəkildə vəfat edib", - deyə o bildirib.

Corc Maykl kimi məşhur olan müğənninin əsl adı Georgios Kiriyakos Panayotoudur. O, Londonda dünyaya göz açıb və 1980-ci illərin əvvəllərində sinif yoldaşı Endryu Ricli ilə "Wham!" pop-duetinin tərkibində çıxış etməyə başlayaraq fenomenal şöhrət əldə edib. Maykl 1986-cı ildə kollektivin dağılmasından sonra solo ifaçı kimi karyerasını davam etdirib. Onun hitləri Atlantik okeanının hər iki tərəfində dəfələrlə musiqi hit-paradlarının lideri olub. Azərbaycan dinləyiciləri onu daha çox "Careless Whisper" ("Qayğısız pıçıltı") mahnısı ilə xatırlayırlar.

Son xəbərlər

Orphus sistemi