Yuxarı

Məşhur filmlərin bəstəkarının yubileyi qeyd olunacaq

SSRİ xalq artisti Giya Kançelinin 80 yaşı tamam olur

Bakı. 30 oktyabr. REPORT.AZ/ M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, görkəmli gürcü bəstəkarı Giya Kançelinin 80 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 27-də keçiriləcək yubiley gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə çıxış edəcək.

Konsertdə tanınmış bəstəkarın əsərləri səsləndiriləcək.

Qeyd edək ki, Giya Kançeli 1935-ci ildə Tbilisidə anadan olub. Gürcüstanın ən məşhur bəstəkarlarından biri olan G.Kançeli yazdığı simfonik əsərlər və filmlərə bəstələdiyi musiqilərlə tanınır.

1995-ci ildən Belçikada yaşayan Giya Kançeli "Qəm eləmə", "Küp", "Mimino" "Xanuma" kimi məşhur film və tamaşalara yazdığı musiqilərlə bütün SSRİ-də tanınıb. 

G.Kançeli rejissor Vaqif Mustafayevin çəkdiyi "Milli Bomba" filminə də musiqi bəstələyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi