Yuxarı

Azərbaycanın məşhur balaban ifaçısı TURKSOY-un mükafatına layiq görülüb

Mükafat Əlixan Səmədova Qazaxıstanda təqdim edilib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış sənətkarı, məşhur balaban ifaçısı Əlixan Səmədov TURKSOY-un xüsusi mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, mükafatı Qazaxıstanın Almatı şəhərində keçirilən konsertdə TURKSOY-un baş katibi Düsen Kaseinov Əlixan Səmədova təqdim edib.

O, mükafata konsertdən sonra türk musiqisinə verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, Ə.Səmədov Almatının Jambıl Qazax Dövlət Filarmoniyasında "Türk Dünyası Çağdaş Klassik Musiqi Konserti"ndə çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi