Məlahət Abbasova Bakıda yeni filmə çəkilib

Məlahət Abbasova Bakıda yeni filmə çəkilib Əməkdar incəsənət xadimi Türkiyəyə qayıdıb
İncəsənət
24 Sentyabr , 2015 10:13
Məlahət Abbasova Bakıda yeni filmə çəkilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, uzun illərdir Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova Bakıda yeni filmə çəkilib.

Bu barədə "Report"a M.Abbasova özü məlumat verib.

O, artıq Türkiyəyə qayıtdığını bildirib: "Bir müddətdir Bakıya - doğma şəhərimə gəlmişdim. Gənc prodüser Sarvan və yeni çəkilən filmin rejissorları Ruslan İsmayılov və Nicat Rzazadənin ekranlaşdırdığı bədii filmdə əsas obrazlardan birini canlandırıram. Bu film gənclərin ilk ekran əsəridir. Mən prodüserə söz vermişdim ki, onlara ilk filmlərində dəstək olacam. Sözümün üzərində dayandım. Çəkilişlər dörd gün olmalı idi. Bir-iki gün uzandı. İlk çəkilişimiz Göyçayda oldu. Sonra Bakıda davam etdi. Mənimlə birlikdə bu filmdə əməkdar artist Sabir Məmmədov çəkilir".

Qeyd edək ki, M.Abbasova Bakıda olduğu müddətdə Akademik Milli Dram Teatrında mövsümün açılışında, "Qarabağnamə" tamaşasında iştirak edib.

Son xəbərlər

Orphus sistemi