Maestro Niyazinin doğum gününə həsr olunmuş tədbir keçiriləcək

Maestro Niyazinin doğum gününə həsr olunmuş tədbir keçiriləcək SSRİ xalq artisti, maestro Niyazinin anadan olmasının 104 illiyi ilə bağlı tədbirlərə start verilib
İncəsənət
16 Avqust , 2016 20:59
Maestro Niyazinin doğum gününə həsr olunmuş tədbir keçiriləcək

Bakı. 16 avqust. REPORT.AZ/ Avqustun 20-də maestro Niyazinin doğum günüdür.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu münasibətlə avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 104 illiyi ilə bağlı tədbir keçiriləcək.

Qeyd edək ki, avqustun 20-də Niyazinin mənzil muzeyində “Acıq qapı” günü olacaq. 

Son xəbərlər

Orphus sistemi