Yuxarı
    Bağlamaq

    ​Lev Durov xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

    Həkimlər aktyor Lev Durovun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər

    Bakı. 8 avqust. REPORT.AZ/ Həkimlər aktyor Lev Durovun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər. Moskvadakı Birinci Şəhər xəstəxanasının həkimləri hazırda onun həyatı uğrunda mübarizə aparırlar. Aktyorun ürəyində təcili olaraq cərrahiyyə əməliyyatı keçirilib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

    "Lev Durovun vəziyyəti hazırda son dərəcə ağır kimi qiymətləndirilir. İndi hər hansı bir proqnoz vermək çox çətindir. Həkimlər aktyorun vəziyyətini sabitləşdirmək üçün mümkün olan hər şeyi edirlər", - Birinci Şəhər xəstəxanasının baş həkimi Aleksey Svet bildirib.


    Ilk xəbər 11:21 dərc olunub

    Rusiyanın məşhur aktyoru və rejissoru SSRİ xalq artisti Lev Durov Moskvada Leninski prospektindəki Birinci Şəhər xəstəxanasına yerləşdirilib.

    "Report" xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə paytaxtın təcili yardım stansiyasından bildirilib.

    "O, bu gün Leninski prospektindəki Birinci Şəhər xəstəxanasına yerləşdirilib", - agentliyə məlumat verilib.

    Rusiyanın məşhur aktyoru və rejissoru SSRİ xalq artisti Lev Durov 1931-ci ildə Moskvada dekabrın 23-də anadan olub.

    Durovlar ailəsi Rusiyada məşhur sirk artistləri sülaləsinə aiddir.

    Hələ məktəb illərində L.Durov Moskvanın Bauman rayon pionerlər Sarayının Dram studiasında məşğul olmağa başlayıb.

    1967-ci ildən bu günə kimi o, Malaya Bronnayadakı Moskva Dram Teatrında çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi