Lənkəran Dövlət Dram Teatrı İrana qastrol səfərinə gedəcək

Lənkəran Dövlət Dram Teatrı İrana qastrol səfərinə gedəcək Teatrda yeni tamaşa hazırlanacaq
İncəsənət
7 May , 2016 10:09
Lənkəran Dövlət Dram Teatrı İrana qastrol səfərinə gedəcək

Bakı. 7 may. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İrana qastrol səfərinə gedəcək.

Bu barədə "Report"a Lənkəran Teatrının baş rejissoru Tural Mustafayev məlumat verib.

Rejissorun sözlərinə görə, hələlik səfərin vaxtı dəqiqləşməyib: "Lənkəran Teatrının Bakıya ikigünlük qastrol səfəri başa çatıb. Qarşıda İrana qastrol səfəri gözlənilir. Hələlik səfərin vaxtı və qastrolda hansı tamaşa ilə çıxış edəcəyimiz dəqiqləşdirilməyib".

T.Mustafayev bildirib ki, bununla yanaşı, Lənkəran Teatrı sentyabr ayında Şəkidə keçiriləcək festivala hazırlaşır: "Lənkəran Dövlət Dram Teatrı Şəki festivalı üçün yeni tamaşa hazırlayacaq".

Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrı mayın 4-5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki tamaşa ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi