Kukla Teatrı 85-ci mövsümü başa vurub

Kukla Teatrı 85-ci mövsümü başa vurub Mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşlarına fəxri fərmanlar təqdim olunub
İncəsənət
15 İyul , 2016 19:46
Kukla Teatrı 85-ci mövsümü başa vurub

Bakı. 15 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü uğurla başa vurub.

Bu barədə "Report" Kukla Teatrından məlumat verilib.

Bildirilib ki, yerli və xarici qastrollar, beynəlxalq teatr festivalları və uğurlu premyeralarla yadda qalan mövsümlə bağlı iyulun 15-də teatrda toplantı keçirilib.

Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə  mövsümün uğurlu yekunu ilə bağlı 85 illik yubileyini qeyd edən teatrın kollektivini təbrik edib və onlara xoş istirahət arzulayıb.

O, mövsüm boyu teatrın əldə etdiyi yaradıcılıq uğurları, beynəlxalq və yerli qastrol səfərləri, beynəlxalq festivallarda qazanılan yüksək mükafatları qeyd edib. Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının qazandıqları mükafatları da qeyd edən direktor bunun bütünlükdə teatrın uğuru olduğunu bildirib.

Mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi