Kinoprodüser vəfat edib

Kinoprodüser vəfat edib Mərhum kino xadimi uzun illər "Azərbaycanfilm" kinostudiyasında çalışıb
İncəsənət
2 May , 2016 11:58
Kinoprodüser vəfat edib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın əməkdar mədəniyyət işçisi, kinoprodüser Xanlar Cəfərov vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

X.Cəfərov 1947-ci ildə Bakıda anadan olub.1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub.

2001-ci ildən Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Kinoda ilk fəaliyyəti rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı "Nəsimi" filmində rejissor köməkçisi olub. Xanlar Cəfərov kino həyatında fəaliyyətini sənədli filmlərin prodüsseri kimi davam etdirib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi