Yuxarı
    Bağlamaq

    İyunun 20-də Opera və Balet Teatrında "Leyli və Məcnun" operası oynanılacaq

    Operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli obrazını xalq artisti Nəzakət Teymurova ifa edəcək

    Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Opera və Balet Teatrı iyunun 20-də ilk Avropa Oyunları münasibətilə Bakıya gələn qonaqlar və yerli tamaşaçılar üçün Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını təqdim edəcək. 

    "Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrı yayıb.

    Operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli obrazını xalq artisti Nəzakət Teymurova ifa edəcək. 

    Tamaşaya Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi  Hafiz Quliyev quruluş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi