“İşdə məhəbbət macərası” filminin baş qəhrəmanı xəstəxanaya yerləşdirilib

“İşdə məhəbbət macərası” filminin baş qəhrəmanı xəstəxanaya yerləşdirilib O, başında güclü ağrılar olduğunu bildirib
İncəsənət
29 Noyabr , 2017 13:57
“İşdə məhəbbət macərası” filminin baş qəhrəmanı xəstəxanaya yerləşdirilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Keçmiş SSRİ-nin və Rusiyanın məşhur aktyoru Andrey Myaqkov xəsətəxanaya yerləşdirilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, başında güclü ağrılar olduğunu bildirib.

Həkimlər aktyorun səhhətində yaranmış problemin səbəbini müəyyənləşdirmək üçün ona xəstəxanada yatmağı məsləhət görüblər.

Qeyd edək ki, Andrey Vasiliyeviç Myaqkov 1938-ci ildə Leninqradda (indiki Sankt-Peterburq şəhəri) anadan olub. O, “Taleyin ironiyası və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” kimi fimlərlə kinosevərlərin yaddaşında qalıb. 

Son xəbərlər

Orphus sistemi