Yuxarı

İrəvan Teatrının aktrisası mükafatlandırılıb

Mükafatı Mədəniyyət və Turizm Nazirliyi təqdim edib

Bakı. 6 fevral. REPORT.AZ/ İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə Nəbiyevaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafat təqdim edilib.

"Report" xəbər ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Səmayə Nəbiyeva 60 illik yubileyi münasibətilə mükafata layiq görülüb.

1977-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan Səmayə Nəbiyeva oynadığı rollar ilə tamaşaçıların rəqbətini qazanıb.

1994-cü ildən Azərbaycan Dövlət Televiziyasının solisti kimi dövlət konsertlərində, mədəni tədbirlərdə fəal iştirak edən S.Nəbiyeva ömrünün 38 ilini sənətə həsr edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi