"İndiana Cons"un beşinci hissəsi çəkiləcək

"İndiana Cons"un beşinci hissəsi çəkiləcək Filmin növbəti hissəsi 2020-ci ildə ekranlara çıxacaq
İncəsənət
28 Yanvar , 2018 20:47
İndiana Consun beşinci hissəsi çəkiləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Amerikalı rejissor Stiven Spilberq İndiana Consun macəraları haqqında filmin beşinci hissəsi üzərində işə başlamağı planlaşdırdığını təsdiq edib.

“Report” xəbər verir ki, filmin 10 iyul 2020-ci il tarixində ekranlara çıxacağı planlaşdırılır.

Bildirilir ki, Spilberq bu layihəyə görə "Vestsayd əhvalatları" müziklı üzərində işi təxirə salıb.

Əfsanəvi arxeoloq və macəra həvəskarının əhvalatları barədə "İndiana Cons və büllur kəllə krallığı" adlı sonuncu hissə 2008-ci ildə mavi ekranlara çıxıb.

Əvvəlki hissələrdə olduğu kimi beşinci filmə də icraçı prodüser qismində Corc Lukas cəlb olunacaq. Bəstəkar Con Uilyams olacaq.

Lakin Harrison Fordla yanaşı filmə kimin çəkiləcəyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi